Yuxarı
    Bağlamaq

    ETSN: Bayıl sürüşmə zonasında bu gün aktivlik müşahidə olunmayıb

    Çatlarda dünənlə müqayisədə heç bir dəyişiklik yoxdur© Report

    Bakı. 30 yanvar. REPORT.AZ / "Bayıl sürüşmə zonasında nisbi sakitlikdir, bu gün aktivlik müşahidə olunmayıb".

    Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

    O qeyd edib ki, çatlar əvvəlki kimidir, böyük çatların uzunluğu 70 metr, görünən dərinliyi isə 6 metrdir: "Çatları Fövqəladə Hallar Nazirliyinin əməkdaşları doldurublar, yağış sularının qarşısını almaq üçün  çatların üzərinə asfalt örtüyü çəkilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları isə dünən həmin ərazidəki mayakları dəyişib yeni mayaklar qoyublar. Bugünkü müşahidələr göstərir ki, çatlar dünənki vəziyyətdədir, dünənlə müqayisədə heç bir dəyişiklik yoxdur". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi