ETSN: Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 2 dəfə yuxarıdır - YENİLƏNİB-2

ETSN: Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 2 dəfə yuxarıdır - YENİLƏNİB-2 Bakı. 31 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə Bakıda və Abşeron yarımadasında 31 avqust 2018-ci il tarixində tozun miqdarının saat 18:00-da sanitar normadan 1,8-2 dəfə yuxarı olduğu qeydə alınıb.
Ekologiya
31 Avqust , 2018 18:17
ETSN: Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 2 dəfə yuxarıdır - YENİLƏNİB-2
0 : 00
0 : 00

Bakı. 31 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə Bakıda və Abşeron yarımadasında 31 avqust 2018-ci il tarixində tozun miqdarının saat 18:00-da sanitar normadan 1,8-2 dəfə yuxarı olduğu qeydə alınıb.

Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Bu göstərici saat 15:00-da 1,6 dəfə sanitar normadan yuxarı olub.

Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.


*** 12:49

Bakı. 31 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə Bakıda və Abşeron yarımadasında 31 avqust 2018-ci il tarixində tozun miqdarının saat 12:00-da sanitar normadan 1,3 dəfə yuxarı olduğu qeydə alınıb.

Bu barədə "Report"a nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.


*** 10:26

Bakı. 31 avqust. REPORT.AZ/ Gecə saatlarında Bakı və Abşeron yarımadasında tozun miqdarında nisbətən azalma müşahidə olunub. 

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən məlumat verilib.

Belə ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görəverilən məlumata görə, gecə saatlarında Bakı və Abşeron yarımadasında tozun miqdarında nisbətən azalma müşahidə olunsa da, yenə də sanitar normadan 2 dəfə yuxarı olub. 

Qeyd edək ki, 30 avqust 2018-ci il tarixində saat 10:00-da bu göstərici 3, 13:00-da 5,4, 16:00-da 5,6, 19:00-da 6 dəfə sanitar normadan yuxarı olub.

Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.

Son xəbərlər

Orphus sistemi