ETSN: Badamdar sürüşmə sahəsində monitorinqlər davam etdirilir

ETSN: Badamdar sürüşmə sahəsində monitorinqlər davam etdirilir Bakı. 8 noyabr. REPORT.AZ/ Badamdar sürüşmə sahəsində monitorinqlər davam etdirilir.
Ekologiya
8 Noyabr , 2018 15:30
ETSN: Badamdar sürüşmə sahəsində monitorinqlər davam etdirilir

Bakı. 8 noyabr. REPORT.AZ/ Badamdar sürüşmə sahəsində monitorinqlər davam etdirilir.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, noyabr 8-də Badamdar sürüşmə sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən aparılan monitorinqin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır.

Yağan yağış nəticəsində sürüşmə sahəsindəki asılı vəziyyətdə olan torpaq kütlələrinin üzərində yeni xırda uçqunlar baş verib. Sürüşmənin yuxarı hissəsində olan qaya parçasının alt hissəsi qoparaq asılı vəziyyətdə qalıb. Monitorinqlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi