ETSN Badamdar qəsəbəsindəki parkda ağacların kəsilməsi ilə bağlı şikayəti araşdırıb

ETSN Badamdar qəsəbəsindəki parkda ağacların kəsilməsi ilə bağlı şikayəti araşdırıb Ərazidəki ağac və kollar qeydiyyata alınaraq qorunub mühafizə edilməsi üçün iş icraçısına təhvil verilib
Ekologiya
25 İyul , 2017 18:39
ETSN Badamdar qəsəbəsindəki parkda ağacların kəsilməsi ilə bağlı şikayəti araşdırıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi / Report

Bakı. 25 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Badamdar qəsəbəsi, Badamdar şossesi 7 saylı binanın qarşısındakı parkda ağacları kəsərək yerində kafe tikintisi ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin əməkdaşları tərəfindən əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda qeyri-yaşayış obyektinin ətrafının dəmir lövhələrlə hasarlandığı, söküntü işlərinin aparıldığı, hasar daxilində bioloji inkişafda olan yaş köküstə müxtəlif cinsli 30 ədəd ağac və 68 ədəd həmişəyaşıl kol olduğu müəyyən edilib, lakin kəsinti faktı aşkar olunmayıb.

Araşdırma zamanı məlum olub ki, Səbail rayon İcra hakimiyyəti başçısının 14.07.2017-ci il tarixli 98 saylı Sərəncamı ilə şəhid ailəsi Həqiqət Babayevaya məxsus Badamdar qəsəbəsi, Badamdar şossesi 7 saylı binanın qarşısında yerləşən mövcud qeyri-yaşayış obyektinin yenidənqurma və tikintisinə icazə verilib.

Ərazidəki ağac və kollar qeydiyyata alınaraq qorunub mühafizə edilməsi üçün iş icraçısı Əli Mehdizadəyə təhvil verilib. Nazirliyin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun qaydada akt tərtib edilib. Sahibkar H.Babayevaya isə icra üçün “məcburi göstəriş” verilib.

Son xəbərlər

Orphus sistemi