ETSN akademik Həsən Əliyevin yubileyi ilə bağlı aqromeşə massivi salacaq

ETSN akademik Həsən Əliyevin yubileyi ilə bağlı aqromeşə massivi salacaq Nazirlik alimin yubileyi ilə əlaqədar il ərzində konfrans, seminar-məşğələlər keçirəcək
Ekologiya
29 Mart , 2017 11:06
ETSN akademik Həsən Əliyevin yubileyi ilə bağlı aqromeşə massivi salacaq
Eco.gov.az

Bakı. 29 mart. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar olaraq il ərzində “Həsən Əliyev və Azərbaycan təbiəti” mövzusunda elmi-praktik konfrans, akademik Həsən Əliyev adına 5 nominasiya üzrə müsabiqə, ali və orta təhsil müəssisələrində “Akademik Həsən Əliyev və ətraf mühitin mühafizəsi” adlı seminar-məşğələlər keçirəcək.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, alimin xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlər sırasında “Akademik Həsən Əliyev adına aqromeşə massivi”nin salınması da var. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 7-də “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb. Bu, ölkə rəhbərliyinin Azərbaycanda ekologiya elminin inkişafına sanballı töhfələr vermiş böyük alimin elm və ictimai həyatına verdiyi yüksək qiymətin əyani ifadəsi kimi qiymətləndirilir.

Xatırladaq ki, görkəmli torpaqşünas alim, ictimai-siyasi xadim, kənd təsərrüfatı elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, Azərbaycanın əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı Əliyev Həsən Əlirza oğlu 15 dekabr 1907-ci ildə anadan olub. Görəkəmli alimin Azərbaycan təbiətinin, torpağının və suyunun mühafızəsi sahəsində xidmətləri əvəzsizdir.

Son xəbərlər

Orphus sistemi