ETSN: Ağac kəsən şəxs 2000 manat məbləğində cərimələnib

ETSN: Ağac kəsən şəxs 2000 manat məbləğində cərimələnib Növbəti reyd keçirilib
Ekologiya
26 İyul , 2017 16:48
ETSN: Ağac kəsən şəxs 2000 manat məbləğində cərimələnib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi / Report

Bakı. 26 iyul. REPORT.AZ/ 16 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə növbəti reyd keçirilib. 

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, reyd zamanı Xızı rayonu, Altıağac bələdiyyəsinin ərazisində qəsəbə sakini Nicat Novruzbəyov tərəfindən 1 ədəd yaş köküstə söyüd ağacının kəsilməsi faktı aşkar olunub.

Faktla bağlı protokol tərtib edilib, inzibati xəta törətdiyinə görə N.Novruzbəyova inzibati qaydada 2000 manat məbləğində cərimə tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi