ETSN 6 tikinti layihəsinin onlayn müzakirəsini aparacaq

ETSN 6 tikinti layihəsinin onlayn müzakirəsini aparacaq Dövlət Ekoloji Ekspertiza Agentliyinə daxil olan sosial-infrastruktur və abadlıq işləri ilə bağlı tikinti layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi və müvafiq rəyin verilməsi üçün növbəti ictimai dinləmə onlayn keçiriləcək.
Ekologiya
129
2 May , 2020 10:22
ETSN 6 tikinti layihəsinin onlayn müzakirəsini aparacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi / Report

Dövlət Ekoloji Ekspertiza Agentliyinə daxil olan sosial-infrastruktur və abadlıq işləri ilə bağlı tikinti layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi və müvafiq rəyin verilməsi üçün növbəti ictimai dinləmə onlayn keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov məlumat verib.

O qeyd edib ki, ötən ildən başlayaraq ekoloji qiymətləndirilməyə təqdim olunan bütün layihələrə şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə yalnız ictimai dinləmədən sonra rəy verilib: "Karantin rejiminin tələblərinə görə, bu dəfə dinləmə onlayn keçiriləcək və agentliyə təqdim olunan 6 layihənin müzakirəsi aparılacaq. Layihə icraçılarının, QHT nümayəndələrinin və ekspert-mütəxəssislərin iştirakı ilə mayın 7-si  saat 11:00-da keçiriləcək müzakirələrdə dinləməyə çıxarılan altı layihədən üçü səhiyyə, yol infrastrukturu və istilik təchizatı ilə bağlı olmaqla dövlət qurumları tərəfindən, digərləri isə özəl şirkətlər tərəfindən təqdim olunub".

Agentlik rəsmisinin sözlərinə görə, dinləmələrdə hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunacaq, əhali üçün maraq kəsb edən məsələlərə diqqət yetiriləcək, yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinləniləcək.

Son xəbərlər

Orphus sistemi