ETSN 400 ədəd yulğun kolunun məhv edilməsi ilə bağlı prokurorluğa müraciət edib

ETSN 400 ədəd yulğun kolunun məhv edilməsi ilə bağlı prokurorluğa müraciət edib Bakı. 19 noyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Ağsu rayonu Gəgəli kəndində qışlaq otlaq sahələrinin şumlanması ilə bağlı daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Ekologiya
19 Noyabr , 2018 16:41
ETSN 400 ədəd yulğun kolunun məhv edilməsi ilə bağlı prokurorluğa müraciət edib

Bakı. 19 noyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Ağsu rayonu Gəgəli kəndində qışlaq otlaq sahələrinin şumlanması ilə bağlı daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma zamanı Gəgəli bələdiyyəsinə məxsus örüş torpaq sahəsində Ağsu rayonu sakini Habil Mütəllimov tərəfindən icazəsiz şumlama işlərinin aparıldığı və köküstə yaş 400 ədəd yulğun kolunun məhv edildiyi məlum olub.

Faktla bağlı təqsirkar barəsində akt tərtib edilib və təbiətə 32000 manat məbləğində ziyan dəydiyi hesablanıb.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymətin verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Ağsu rayon Prokurorluğuna göndərilib.

Son xəbərlər

Orphus sistemi