Ermənilər işğal dövründə Azərbaycanın 48 hidrometeoroloji stansiya və məntəqəsini dağıdıb

Ermənilər işğal dövründə Azərbaycanın 48 hidrometeoroloji stansiya və məntəqəsini dağıdıb "Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ərazisində hidrometeoroloji müşahidələrin aparılması və erkən xəbərdarlıqların verilməsi məqsədilə fəaliyyət göstərən 48 hidrometeoroloji stansiya və məntəqədən ibarət şəbəkə tamamilə dağıdılıb".
Ekologiya
21 Sentyabr , 2021 10:59
Ermənilər işğal dövründə Azərbaycanın 48 hidrometeoroloji stansiya və məntəqəsini dağıdıb

"Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ərazisində hidrometeoroloji müşahidələrin aparılması və erkən xəbərdarlıqların verilməsi məqsədilə fəaliyyət göstərən 48 hidrometeoroloji stansiya və məntəqədən ibarət şəbəkə tamamilə dağıdılıb".

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda keçirilən brifinqdə çıxışı zamanı deyib.

O qeyd edib ki, həmin ərazilərdə hidrometeoroloji müşahidələrin aparılmaması təkcə Azərbaycanda deyil, regional səviyyədə də hidrometeoroloji şəraitin öyrənilməsində, xüsusən meteoroloji proqnozların tərtib edilməsində ciddi problemlər yaradıb: "Hazırda işğaldan azad edilmiş ərazilərdə su ehtiyatlarının qiymətləndirilməsi və nəzarətin gücləndirilməsi məqsədilə 11 çay üzərində 12 hidroloji məntəqənin quraşdırılması tədbirləri həyata keçirilir".

Son xəbərlər

Orphus sistemi