Yuxarı

Ekoloqlar xəbərdarlıq edir: uzun müddət açıq havada qalmaq məsləhət deyil

Sabahdan havalar kəskin soyuyur

Bakı. 19 fevral. REPORT.AZ/ Həftənin cümə gününə Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a deyib ki, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gündüz şimal küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə və gündüz 1-4 dərəcə isti, axşam 0 dərəcəyə yaxın olacağı gözlənilir. 

Sabah Azərbaycan rayonlarında hava şəraitinin qərb rayonlarından başlayaraq yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı, qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Tibbi meteoroloji proqnozlara gəlincə, fevralın 20-si axşamdan başlayaraq  23-dək Abşeron yarımadasında hava şəraitinin kəskinləşəcəyi, güclü xəzri küləyi fonunda soyuq diskomfort şəraitinin güclənəcəyi, qarlı olacağı gözlənilir ki, bu da əksər əhali üçün çox əlverişsizdir. Belə hava şəraitində uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Nazirliyin yaydığı xəbərdarlıqda o da bildirilir ki, fevralın 20-si axşamdan başlayaraq 23-dək ölkə ərazisində hava şəraitinin kəskinləşəcəyi, güclü küləkli, soyuq, fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi