İdarə rəisi: "Ekoloji rəy tələb olunan bütün tikinti layihələrinə ictimai dinləmələrdən sonra rəy veriləcək"

İdarə rəisi: "Ekoloji rəy tələb olunan bütün tikinti layihələrinə ictimai dinləmələrdən sonra rəy veriləcək" Ekoloji rəy tələb olunan bütün tikinti layihələrinə ictimai dinləmələrdən sonra rəy veriləcək.
Ekologiya
20 Dekabr , 2019 16:26
İdarə rəisi: Ekoloji rəy tələb olunan bütün tikinti layihələrinə ictimai dinləmələrdən sonra rəy veriləcək

"Ekoloji rəy tələb olunan bütün tikinti layihələrinə ictimai dinləmələrdən sonra rəy veriləcək".

''Report'' xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov deyib.

Onun sözlərinə görə, qarşıya qoyulan əsas məqsəd ölkədə ekoloji ekspertizanın obyekti olan bütün tikinti, istehsalat və digər layihələr açıq şəkildə, ictimaiyyətin və maraqlı tərəflərin iştirakı ilə qiymətləndirilməsidir:

''Artıq bir neçə müddətdir ekoloji rəy üçün təqdim olunan bütün layihələrin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə ayda bir dəfə Nazirliyin Dövlət Ekspertiza İdarəsində ictimai dinləmə təşkil olunur. Dinləmələrdə layihə təqdim edən tərəflər, ərazi üzrə icra, bələdiyyə qurumları, QHT nümayəndələri, ekspertlər, həmin ərazinin sakinləri və media təmsilçiləri iştirak edir. Bundan sonra ekoloji rəy tələb olunan bütün tikinti layihələrinə ictimai dinləmələrdən sonra rəy veriləcək".

O qeyd edib ki, ictimai dinləmələrin vaxtı, yeri barədə əvvəlcədən ictimaiyyət məlumatlandırılır, Nazirliyin rəsmi saytında elan verilir:

"Məqsədimiz odur ki, əhali ölkədə ekoloji mühitə təsiri olan bütün növ tikinti işləri barədə əvvəlcədən məlumatlandırılsın, təşkil etdiyimiz məsləhətləşmələrdə iştirak etsin, rəylərin verilməsində obyektivlik və şəffaflıq təmin olunsun. Bizim isə vəzifə borcumuz əhəmiyyətindən asılı olmayaraq rəyə göndərilən bütün layihələrin ekoloji tələblərə cavab verməsini, götürülməsinə zərurət yaranan yaşıllıqların yerində daha çox ağac əkilməsini təmin etməkdir''.

Son xəbərlər

Orphus sistemi