Ekoloji qanunvericiliyi pozanlar 44 230 manat məbləğində inzibati qaydada cərimə edilib

Ekoloji qanunvericiliyi pozanlar 44 230 manat məbləğində inzibati qaydada cərimə edilib Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 39 min manat məbləğində ödəmə tətbiq edilib
Ekologiya
3 Fevral , 2016 19:58
Ekoloji qanunvericiliyi pozanlar 44 230 manat məbləğində inzibati qaydada cərimə edilib

Bakı. 3 fevral. REPORT.AZ/ Hüquqi və fiziki şəxslərə yanvar ayının 16-31-də atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 97 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 16 müddətli “məcburi göstəriş” verilib.

Bu barədə “Report” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ümumilikdə, 37 iş üzrə 44 230 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 46 iş üzrə 83 926.51 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 191 iş üzrə 39 112.88 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 6, icra qurumlarına və məhkəmələrə isə 16 iş göndərilib.

Son xəbərlər

Orphus sistemi