Ekoloji qanunvericiliyi pozanlar 30 770 manat məbləğində inzibati qaydada cərimə edilib

Ekoloji qanunvericiliyi pozanlar 30 770 manat məbləğində inzibati qaydada cərimə edilib Ətraf mühitə dəyən ziyana görə 14 iş üzrə 372.61 manat məbləğində iddia qaldırılıb
Ekologiya
18 Fevral , 2016 19:18
Ekoloji qanunvericiliyi pozanlar 30 770 manat məbləğində inzibati qaydada cərimə edilib

Bakı. 18 fevral. REPORT.AZ/ Fevral ayının ötən dövründə hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilən qanun pozuntularına görə 71 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 12 müddətli “məcburi göstəriş” verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə fevral ayının 1-15 də araşdırma aparıb.

Ümumilikdə, 26 iş üzrə 30 770 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəyən ziyana görə 14 iş üzrə 372.61 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 342 iş üzrə 36 488.67 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 16, icra qurumlarına 3, məhkəmələrə isə 6 iş göndərilib.

Son xəbərlər

Orphus sistemi