Yuxarı
    Bağlamaq

    “Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda sərgi keçiriləcək

    Sərgidə 14-29 yaşlı Azərbaycan vətəndaşları iştirak edə bilərlər

    Bakı. 25 oktyabr. REPORT.AZ/ “Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda sərgi keçiriləcək.

    Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sərgi noyabr ayının 21-də saat 11:30-da olacaq.

    Gənclərin ekoloji sahəyə maraqlarının artırılması, onların bu sahədə maarifləndirilmələri, yaradıcılıq potensiallarının dəstəklənmələri və sosial təşəbbüskarlığın stimullaşdırması sərginin əsas məqsədlərindəndir.

    Sərgidə 14-29 yaşlı Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Sərgi monumental rəngkarlıq, dəzgah rəngkarlığı, offort, linoqravyura, Kvillinq, xəttatlıq, batika, keramika, rəngkarlıq, heykəltəraşlıq, ebru sənəti, qrafika, qravüra, landşaft dizaynı, vitraj, mayolika, ksiloqrafiya, silkoqrafiya, təkəlduz və s. üslublar üzrə keçirilir.

    İştirakçılara nazirlik tərəfindən hədiyyə və diplomlar təqdim ediləcək. Arzu edənlər öz işlərini noyabrın 16-dək Gənclər və İdman Nazirliyinə (212-ci otaq, G.Rəhimovaya) təqdim edə bilərlər. Sərgi çərçivəsində eyni zamanda gənc rəssamların ekoloji mövzuda çəkdikləri rəsmlərinin nümayişi, rəngkarlıq və xalçaçılıq sənətləri üzrə ustad dərslərinin keçirilməsi və digər faəliyyət növlərinin nümayişi nəzərdə tutulur.

    Qeyd edək ki, sərgi prezident İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın 5.2.3 bəndinin (gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək) icrasıni təmin etmək məqsədi ilə keçirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi