Yuxarı

"Ekoloji problemlər və onların həlli yolları gənclərin gözü ilə" mövzusunda sərginin açılışı olub

"Ekoloji problemlər və onların həlli yolları gənclərin gözü ilə" mövzusunda sərginin açılışı olub
Tədbirdə Leyla Əliyeva, Azad Rəhimov və digərləri iştirak edib

Bakı. 21 noyabr. REPORT.AZ/ Zirə Mədəniyyət Mərkəzində "Ekoloji problemlər və onların həlli yolları gənclərin gözü ilə" mövzusunda sərginin açılışı olub.

"Report" xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və digər rəsmi şəxslər iştirak ediblər.

Sərginin keçilməsində məqsəd gənclərin ekoloji sahəyə marağını artırmaq və maarifləndirmək, onların yaradıcılıq potensiallarını dəstəkləmək və sosial təşəbbüskarlığın stimullaşdırılmasıdır.

Sərgidə yaşı 14-29 arası olan gənclər iştirak ediblər. İştirakçılar dəzgah rəngkarlığı, kvillinq, xəttatlıq, keramika, ebru sənəti, qrafika və s. üslublar üzrə ekoloji mövzuda çəkdikləri işləri nümayiş etdiriblər.

Sərgi çərçivəsində gənc aktyorların iştirakı ilə ekologiya mövzusunda pantomim tamaşa da nümayiş olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi