Yuxarı

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Apellyasiya Şurası yaradılıb

Apellyasiya Şurasının sədri ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev təyin edilib

Bakı. 17 fevral. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyində Apellyasiya Şurası yaradılıb. Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Apellyasiya Şurasının Əsasnaməsi, tərkibi və katibliyi təsdiq edilib. 

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev Apellyasiya Şurasının sədri, nazirliyin struktur bölmələrinin məsul vəzifəli şəxslərindən ibarət 6 nəfər isə Şuranın üzvləri təyin ediliblər. Apellyasiya Şurasının katibliyinin rəhbəri və tərkibi də təsdiq olunub.

İctimai əsaslarla fəaliyyət göstərəcək Apellyasiya Şurasının yaradılması sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiə olunması məqsədinə xidmət edəcək.

Xatırladaq ki, Şura Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" 3 fevral 2016-cı il tarixli Fərmanına uyğun olaraq yaradılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi