Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yer günü münasibəti ilə iməcilik keçirib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yer günü münasibəti ilə iməcilik keçirib 10 hektar sahədə abadlıq işləri aparılaraq yeni ağaclar əkilib
Ekologiya
22 Aprel , 2016 12:17
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yer günü münasibəti ilə iməcilik keçirib

 Bakı. 22 aprel. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Hövsan qəsəbəsinin ərazisində iməcilik keçirilib.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iməcilikdə 10 hektar sahədə abadlıq işləri aparılaraq yeni ağaclar əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib və ərazi alaq otlarından təmizlənib.

Qeyd edək ki, “22 aprel - Beynəlxalq Yer Günü” ilə əlaqədar keçirilən iməcilikdə nazirliyin Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələri tərəfindən regionlarda da iməciliklər təşkil olunaraq yaşıllıqlara qulluq edilib, təmizlik işləri aparılıb.

Xatırladaq ki, “Beynəlxalq Yer Günü”nün keçirilmə ənənələri XIX əsrin ikinci yarısına təsadüf edir. Belə ki, o dövrdə Amerika Birləşmiş Ştatlarının Nebraska ştatının sakini Corc Morton yaşıllaşdırma gününün keçirilməsini təklif edib və 1882-ci il 22 aprel tarixi Nebraska ştatında “Ağac günü” elan olunaraq bayram günü kimi qeyd edilməyə başlanıb.

Son xəbərlər

Orphus sistemi