Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nərimanovda ağacların kəsilməsinə münasibət bildirib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nərimanovda ağacların kəsilməsinə münasibət bildirib “Bununla bağlı tədbir görüləcək”
Ekologiya
14 İyun , 2016 16:20
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nərimanovda ağacların kəsilməsinə münasibət bildirib

Bakı. 14 iyun. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakının Nərimanov rayonu Fətəli xan Xoyski 138-140 ünvanında ağacların kəsilməsinə münasibət bildirib.

Nazirliyin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev “Report”a açıqlamasında deyib ki, hazırda nazirliyin əməkdaşları ərazidə araşdırma aparır: “İlkin verilən məlumatlara görə, orda 12, 14, 16 diametrlik ağaclar, meyvə ağacları, tinglər kökündən çıxarılıb. Hələ dəqiq rəqəm müəyyənləşməyib. Amma bütün hallarda mövcud qaydalara uyğun sənədləşdiriləcək, aiddiyyatı üzrə polisə müraciət ediləcək ki, təqsirkar müəyyənləşsin. İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə əsasən inzibati araşdırma aparılacaq, təqsirkar müəyyənləşdiriləcək və onun barəsində qanunvericiliyə uyğun qaydada tədbir görüləcək”.

Onun sözlərinə görə, hələ ki, ağacları kimlərin kəsdiyi bilinmir: “Təqsirkar bilinməyəndə onun barəsində protokol yazıb inzibati işə başlamaq olmur. Gərək təqsirkar, inzibati xətanın motivinin nədən ibarət olması müəyyənləşsin, şəxsin fiziki və ya hüquqi şəxs olduğu tam aydın olandan sonra qanunvericiliyə uyğun şəkildə işlər görüləcək. Əgər tikinti aparılsa, bu inzibati xətanın başqa mahiyyətidir, yox əgər tikinti yox, ağaclar başqa məqsədlə çıxarılıbsa bu barədə başqa tədbirlər görüləcək. Fakt isə odur ki, ağaclar çıxarılıb, tinglər məhv edilib, bu artıq inzibati qanun pozuntusudur. Bununla bağlı tədbir görüləcək”.

Son xəbərlər

Orphus sistemi