Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamədə dəyişikliklər edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamədə dəyişikliklər edilib Nazirlik yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatların toplanılmasını da həyata keçirəcək
Ekologiya
18 Oktyabr , 2016 19:28
Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamədə dəyişikliklər edilib

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilib.

“Report” xəbər verir ki, sənəd Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”ni “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə imzalanıb.

Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilib:

1. 9.9-cu yarımbəndə “atmosfer havasının” sözlərindən sonra “və yaşıllıqların” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 10.70-1-ci yarımbənd əlavə edilsin:

“10.70-1. Yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatların toplanılmasını və bu məlumatların Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin edir;”.

3. 10.83-cü yarımbəndə “meşələrin” sözündən sonra “və digər yaşıllıqların” sözləri əlavə edilsin.

Son xəbərlər

Orphus sistemi