Ekologiya və Təbii Sərvətlər Nazirliyi cərimələrin artırılması üçün hökumətə müraciət hazırlayır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi cərimələrin artırılması üçün hökumətə müraciət hazırlayır Cərimələrin məbləğinin bir neçə dəfə artırılması nəzərdə tutulur
Ekologiya
113
22 İyun , 2018 11:30
Ekologiya və Təbii Sərvətlər Nazirliyi cərimələrin artırılması üçün hökumətə müraciət hazırlayır
0 : 00
0 : 00

Bakı. 22 iyun. REPORT.AZ/ "Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) cərimələrin artırılması üçün hökumətə müraciət hazırlayır".

"Report"un xəbərinə görə, bunu ETSN-in ­Ekol­oji maarifləndirmə və­ ictimaiyyətlə əlaqəl­ər şöbəsinin icti­mai­ təşkilatlarla iş, ek­oloji maarifləndirmə ­və elm sektorunun müd­iri Umayra Tağıyeva d­eyib.

Onun sözlərinə görə, görülən işlərə baxmayaraq, hələ də ağacların tək-tək və ya kütləvi qırılması faktları ilə rastlaşılır: "Sahibkarlar əməllərindən çəkinmirlər. Cərimələrin yüksəldilməsinə ehtiyac var." 

Sektor müdiri qeyd edib ki, yayın istilərindən qorunmaq üçün, havanın oksigenlə zənginləşdirilməsi, tozun, küləyinin qarşısını almaq üçün yaşıllıqlara böyük ehtiyac var.

O qeyd edib ki, ağac kəsintisi ilə bağlı tətbiq olunan cərimələrin məbləğinin bir neçə dəfə artırılması nəzərdə tutulur: "Hazırda qanunvericilikdə fiziki şəxslər üçün cərimə 2200-3000, vəzifəli şəxslər üçün cərimə 5-7 min, hüquqi şəxslər üçün cərimə 25-45 min nəzərdə tutulub".

Son xəbərlər

Orphus sistemi