Yuxarı

Ekologiya və təbii sərvətlər naziri yanında İctimai Ekoloji Şuranın iclası keçirilib

Yekunda gündəlikdə duran hər bir məsələ ilə bağlı işçi qrupunun yaradılması qərara alınıb

Bakı. 18 aprel. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri yanında yaradılmış İctimai Ekoloji Şuranın növbəti geniş iclası keçirilib. 

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iclasda Şuranın üzvləri ilə yanaşı, vətəndaş cəmiyyətinin digər tanınmış təmsilçiləri və müstəqil ekspertlər də iştirak edib. 40-a yaxın nümayəndənin iştirakı ilə keçirilən açıq iclasda 2 məsələ - bərk tullantılar və qadağan olunmuş pesdisidlərin idarə olunması sahəsində Milli fəaliyyətlər, perspektivlər və ictimaiyyətin iştirakı, Milli Parkların infrastrukturunun inkişafında vətəndaş cəmiyyətinin rolu barədə məsələlər müzakirə olunub.

İclası giriş sözü ilə açan Şuranın sədri, nazir Hüseyn Bağırov bildirib ki, müvafiq fəaliyyət sahələrində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulması nazirliyin əsas fəaliyyət prinsiplərindən biridir və ETSN-də 2010-cu ildən fəaliyyət göstərən İctimai Ekoloji Şura ölkə başçısının bütün fəaliyyət sahələrində ictimai nəzarətin həyata keçirilməsinə şərait yaradılması barədə müəyyən etdiyi siyasətin tərkib hissəsidir. H.Bağırov Şuranın iclaslarının bundan sonra da vətəndaş cəmiyyətinin bütün nümayəndələrinə açıq olduğunu, istənilən məsələlərin ictimai müzakirəsinin təşkili üçün lazımi şəraitin yaradılacağınıqeyd edib.

Sonra “Rüzgar” Ekoloji Cəmiyyətinin sədri İslam Mustafayevingündəlikdə duran birinci məsələ - bərk tullantılar və qadağan olunmuş pesdisidlərin idarə olunması sahəsində Milli fəaliyyətlər, perspektivlər barədə çıxışı dinlənilib və mövzu ətrafında müzakirələrə başlanılıb.

Mövzu ilə bağlı “Ekoloji Proqnozlaşdırma Milli Mərkəzi”nin sədri Telman Zeynalov, “Heyvanları Mühafizə Cəmiyyəti”nin sədri Azər Qarayev, “Energetika, Ekologiya, Maarifçilik Mərkəzi”nin sədri Vaqif Əliyev, “Təbiət dostları gənclər təşkilatı”nın sədri Elşən Nuriyev tərəfindən fikirlər bildirilib, rəy və tövsiyələr qeyd olunub.

Milli Parkların infrastrukturunun inkişafında vətəndaş cəmiyyətinin rolu ilə bağlı isə “Ekorenesans” İctimai Birliyinin sədri İrşad Abbasovunməruzəsi dinlənilib. Mövzu ətrafında Şura üzvləri tərəfindən müzakirələr aparılaraq müxtəlif təkliflər verilib.

Yekunda gündəlikdə duran hər bir məsələ ilə bağlı işçi qrupunun yaradılması, səsləndirilən rəy və təkliflərin ümumiləşdirilərək qısa zamanda tövsiyələrin hazırlanıb Şuranın növbəti iclasında gündəliyə çıxarılması qərara alınıb.

Xatırladaq ki, ekologiya və təbii sərvətlər naziri yanında 2010-cu ildən fəaliyyət göstərən və vətəndaş cəmiyyəti təmsilçiləri üçün açıq olan İctimai Ekoloji Şura respublikada həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, ictimaiyyətin, qeyri-hökümət təşkilatlarının iştirakı ilə bu sahədə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və effektivliyin təmin olunması məqsədilə yaradılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi