Ekologiya və təbii sərvətlər naziri Xəzər dənizinin hasarlanmasına münasibət bildirib

Ekologiya və təbii sərvətlər naziri Xəzər dənizinin hasarlanmasına münasibət bildirib "İnsanların kütləvi istifadə etdiyi yerlərdən bir az qaçmaq olardı"
Ekologiya
13 May , 2016 19:04
Ekologiya və təbii sərvətlər naziri Xəzər dənizinin hasarlanmasına münasibət bildirib

Bakı. 13 may. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Xəzər dənizinin bir çox ərazilərdə hasarlanmasına münasibət bildirib.

"Report"un məlumatına görə, Hüseyn Bağırov "ASAN radio"nun “QəbuldASAN” verilişində deyib ki, bu məsələlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətində deyil.

Nazir bildirib ki, bu məsələlər üçün müvafiq təşkilatlar var: "Qərar qəbul etmək, məsələlərə nəzarət etmək dövlət orqanı kimi bizə aid olmayan işlərlərdir".

Bununla yanaşı, nazir deyib ki, dənizin hasarlanması məsələsində insanların kütləvi istifadə etdiyi yerlərdən bir az qaçmaq olardı. 

Son xəbərlər

Orphus sistemi