Yuxarı

Ekologiya və təbii sərvətlər naziri Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

Ekologiya və təbii sərvətlər naziri Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

Bakı. 8 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral arasında tanışlıq görüşü keçirilib.

Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında ətraf mühit, meşələrin mühafizəsi, su bioresurslarının davamlı idarə edilməsi və ekoloji monitorinq sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi