Ekologiya və təbii sərvətlər naziri Tərtərdə vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Tərtərdə vətəndaşları qəbul edəcək Qəbulda Tərtər, Bərdə, Zərdab, Ucar, Xocavənd və Laçın rayonlarından olan vətəndaşlar iştirak edə bilər
Ekologiya
16 Noyabr , 2015 17:35
Ekologiya və təbii sərvətlər naziri Tərtərdə vətəndaşları qəbul edəcək

Bakı. 16 noyabr. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Tərtərdə vətəndaşları qəbul edəcək. Nazirlikdən “Report” verilən məlumata görə, qəbul noyabrın 24-ndə saat 10:00-da Tərtər şəhərində yerləşən Gənclər Mərkəzində olacaq.

Qəbulda Tərtər, Bərdə, Zərdab, Ucar, Xocavənd və Laçın rayonlarından olan vətəndaşlar iştirak edə bilər.

Qeyd edək ki, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Bərdə şəhəri 12 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlaya (ünvan: Bərdə şəhəri, Qasım Bəy Zakir küçəsi 18, əlaqə telefonları: 050-565-43-55, 050-628-48-52, 020-20-5-44-82) bilərlər.

Son xəbərlər

Orphus sistemi