Ekologiya və təbii sərvətlər naziri Siyəzəndə vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Siyəzəndə vətəndaşları qəbul edəcək Qəbulda Siyəzən, Şabran, Xızı, Xaçmaz, Quba və Qusar rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər
Ekologiya
2 Mart , 2016 13:14
Ekologiya və təbii sərvətlər naziri Siyəzəndə vətəndaşları qəbul edəcək

Bakı. 2 mart. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Siyəzəndə vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüş mart ayının 11-i saat 10:00-da Siyəzən şəhərində yerləşən Heydər Əliyev Mərkəzində olacaq.

Qəbulda Siyəzən, Şabran, Xızı, Xaçmaz, Quba və Qusar rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i, həmçinin 5 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Xaçmaz rayon Xudat qəsəbəsi 4-cü şöbə, əlaqə telefonları: 050-338-20-66, 055-768-19-10, 023-323-00-14) xahiş olunur.

Son xəbərlər

Orphus sistemi