Yuxarı
    Bağlamaq

    ​Ekologiya və təbii sərvətlər naziri Neftçalada vətəndaşlarla görüşəcək

    Qəbulda Neftçala, Salyan, Biləsuvar və Cəlilabad rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər

    Bakı. 16 fevral. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Neftçala şəhərində vətəndaşlarla görüşəcək.

    Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş fevralın 25-də saat 10:00-da Neftçala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Neftçala şəhəri H.Əliyev prospekti 34) olacaq.

    Qəbulda Neftçala, Salyan, Biləsuvar və Cəlilabad rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.

    Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 "Qaynar xətt"i ilə əlaqə saxlamaları, həmçinin Şirvan Milli Parkına müraciət etmələri (ünvan: Salyan rayonu Yenikənd kəndi, əlaqə telefonları: 050-332-42-01, 055-455-36-03) xahiş olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi