Bakı. 24 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə İslandiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Berqlind Asqeyrsdottir arasında tanışlıq görüşü keçirilib.
Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətində məlumat verilib.
Görüş zamanı Azərbaycanla İslandiya arasında ətraf mühit sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.