Bakı. 2 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Dünya Bankının meşəçilik üzrə baş mütəxəssisi Tuukka Kastren arasında görüş keçirilib.
Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı Dünya Bankı və ETSN arasında ətraf mühitin müxtəlif komponentləri, o cümlədən xüsusi olaraq meşələrin inkişafı və iqlim dəyişmələri sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.