Yuxarı

Ekologiya və təbii sərvətlər naziri Ağsuda vətəndaşları qəbul edib

Bir sıra müraciətlər yerindəcə həllini tapıb

Bakı. 3 iyun. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Ağsuda vətəndaşları qəbul edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Ağsu şəhərində yerləşən Uşaq Yaradıcılıq Mərkəzində baş tutan görüşdə Ağsu, Göyçay, Şamaxı, Qobustan və Kürdəmir rayonlarında yaşayan 40-a yaxın vətəndaş iştirak edib.

Görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı vətəndaşların şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.

Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Bir sıra müraciətlər yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib və həll olunması üçün aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi