Əhalinin azad edilən ərazilərin şirin su ehtiyatlarından istifadəsi üçün layihələr hazırlanır

Əhalinin azad edilən ərazilərin şirin su ehtiyatlarından istifadəsi üçün layihələr hazırlanır “Sərsəng, Köndələn çay üzərindəki su anbarı və Tərtər çayının su ehtiyatlarından istifadə edilməsi bölgə üçün böyük imkanlar yaradır”.
Ekologiya
16 Oktyabr , 2021 14:19
Əhalinin azad edilən ərazilərin şirin su ehtiyatlarından istifadəsi üçün layihələr hazırlanır

“Sərsəng, Köndələn çay üzərindəki su anbarı və Tərtər çayının su ehtiyatlarından istifadə edilməsi bölgə üçün böyük imkanlar yaradır”.

“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə əhalinin şirin su ehtiyatlarından istifadəsi üçün oradakı mənbələrdən istifadə ediləcək: “Bununla bağlı layihələr hazırlanır. Növbəti illərdə Bərgüşad çayı üzərində su anbarlarının tikilməsi və Ağdam, Füzuli şəhərlərinin su ilə təmin olunması üçün layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bunlar çox bahalı layihələrdir. Dövlət investisiyası cəlb olunduqca növbəti illərdə onların nəticələrini də görəcəyik”.

Nazir müavini əlavə edib ki, ərazilərin işğaldan azad olunması su probleminin həllinə böyük dəstək olacaq: “Həmin ərazilərin ümumi su ehtiyatları 2 milyard kub metrə yaxındır. Bu, gələcəkdə bölgənin içməli su ilə təminatına, əkin sahələrinin suvarılmasına kömək edəcək”.

Son xəbərlər

Orphus sistemi