DYP-nin keçirdiyi reyddə mübahisə düşüb - VİDEO

DYP-nin keçirdiyi reyddə mübahisə düşüb - VİDEO 14 avtomobil cərimə meydançasına aparılıb
Ekologiya
18 Avqust , 2015 14:51
DYP-nin keçirdiyi reyddə mübahisə düşüb - VİDEO

Bakı. 18 avqust. REPORT.AZ/ Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi və  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Gəncə Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi "Təmiz hava" aylığı çərçivəsində növbəti reydini keçirib. "Report" xəbər verir ki, reyd zamanı 60-a yaxın avtomobil yoxlanılıb.

Ekoloji qanunvericiliyin tələblərini pozan 14 avtomobil cərimə meydançasına aparılıb.

Reyd zamanı pərdə-plyonkadan və gücləndirici siqnallardan istifadə edən 5 sürücü aşkar olunaraq məsuliyyətə cəlb olunub. Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları təmiz hava aylığı çərçivəsində ümumilikdə 52 avtomobilin sürücüsünü inzibati qaydada cərimələyib.

Reyd zamanı sürücülərdən biri DYP əməkdaşından havanın çirklənməsini müəyyənləşdirən aparatın sertifikatını tələb edib. DYP əməkdaşı isə "sertifikat var, amma burda deyil" cavabını verib.

Qeyd edək ki, reydlər avqustun 31-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi