Yuxarı

Dünyanın aparıcı investorları iqlim dəyişikliyindən narahatdır

Dünyanın aparıcı investorları iqlim dəyişikliyindən narahatdır

Aktivləri 35 trilyon ABŞ dolları məbləğində qiymətləndirilən 500-dən çox investor dünya ölkələrini iqlim dəyişikliyinə qarşı mübarizəyə dəvət edib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Məlumata görə, onların, təxminən, yarısı isə şirkətləri meşə sahələrini məhv etmədən çəkinməyə çağırıb. 

Araşdırmalar nəticəsində məlum olub ki, son 10 ildə ekoloji təmiz enerji istehsalına 2,6 trilyon dollar pul qoyulub, lakin bu, ekoloji riskləri azaltmaq üçün kifayət deyil. 

Alimlərin BMT-yə təqdim etdikləri hesabatda isə bildirililir ki, ciddi nəticəyə nail olmaq üçün 2035-ci ilə qədər daha 2,4 trilyon dollar investisiya qoyulmalı, 2050-ci ilə qədər kömürün istifadəsi dayandırılmalıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi