Bu gün dünyada milli parklar və qoruqlar günü kimi qeyd olunur

Bu gün dünyada milli parklar və qoruqlar günü kimi qeyd olunur Milli parklar ölkə ərazisinin 3,7%-ni təşkil edir
Ekologiya
11 Yanvar , 2016 15:59
Bu gün dünyada milli parklar və qoruqlar günü kimi qeyd olunur

Bakı. 11 yanvar. REPORT.AZ/ Bu gün dünyada milli park və qoruqlar günü kimi qeyd olunur.

"Report" xəbər verir ki, Azərbaycanda 9 milli park, 11 dövlət qoruğu mövcuddur.

Milli parklar – xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, elmi tədqiqat statusuna malik olan ərazilərdir.

Hazırda milli parklar ölkə ərazisinin 3,7%-ni təşkil edir.

Qoruqlar və milli parklar həm də elmi əhəmiyyət daşıyır.

Azərbaycanda ilk qoruq olan Göy-göl Dövlət Təbiət Qoruğu 1925-ci ildə yaradılıb.

Qeyd edək ki, Azərbaycanda 24 təbiət yasaqlığı mövcuddur.

Son xəbərlər

Orphus sistemi