Dünyada ekologiyaya ən çox zərər vuran şəhərlərin siyahısı tərtib olunub

Dünyada ekologiyaya ən çox zərər vuran şəhərlərin siyahısı tərtib olunub Bakı şəhəri 500 şəhərdən ibarət siyahıda 260-cı yeri tutub
Ekologiya
9 İyun , 2018 12:31
Dünyada ekologiyaya ən çox zərər vuran şəhərlərin siyahısı tərtib olunub
getty image

Bakı. 9 iyun. REPORT.AZ/ Cənubi Koreyanın paytaxtı Seul ekologiyaya ən çox zərər vuran şəhərlər sırasında birinci yeri tutub.

"Report"un məlumatına görə, bu barədə Dünyada Karbon İzinin Şəbəkə Modeli (GGMCG) layihəsinin təqdim etdiyi hesabatda qeyd olunub.

Məlumata görə, Seul ildə 267,1 meqatonn karbon qazı ifraz edir. 

Hesabatda ikinci yeri Çinin Quançjou (272 meqatonn), üçüncü yeri isə ABŞ-ın Nyu York şəhəri (233,5 meqatonn) tutur.

Bakı şəhəri 500 şəhərdən ibarət siyahıda 260-cı yeri tutub. Azərbaycan paytaxtı ildə 8,7 meqatonn karbon qazı ifraz edir.

Ümumilikdə, dünyada ekologiyaya ən çox zərər verən ölkələr ABŞ, Çin, Avstraliya və Səudiyyə Ərəbistanıdır.

Son xəbərlər

Orphus sistemi