Dünya Ekoloji Təhsil Günündə məktəblilər arasında bilik yarışı keçiriləcək

Dünya Ekoloji Təhsil Günündə məktəblilər arasında bilik yarışı keçiriləcək Yanvarın 26-da Dünya Ekoloji Təhsil Günündə bir sıra milli parklarda açıq dərs, Qızılağac Milli Parkının turizm informasiya mərkəzində məktəblilər arasında bilik yarışı keçiriləcək.
Ekologiya
24 Yanvar , 2020 13:00
Dünya Ekoloji Təhsil Günündə məktəblilər arasında bilik yarışı keçiriləcək
İradə İbrahimova / Report / Elchin Murad

"Yanvarın 26-da Dünya Ekoloji Təhsil Günündə bir sıra milli parklarda açıq dərs, Qızılağac Milli Parkının turizm informasiya mərkəzində məktəblilər arasında bilik yarışı keçiriləcək".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O bildirib ki, yanvarın 30-da isə Hirkan Milli Parkında atla yürüş üçün ziyarətçilərə şərait yaradılacaq: "Tədbirlərin keçirilməsində məqsəd milli parklarda ekoturizmin təbliği, parklara turistlərin marağının artırılmasıdır. Hər kəsi milli parklarımıza səyahət etməyə və təşkil olunacaq tədbirlərə qoşulmağa çağırırıq".

Son xəbərlər

Orphus sistemi