Dumanlı hava şəraiti dekabrın 19-dək davam edəcək

Dumanlı hava şəraiti dekabrın 19-dək davam edəcək Dumanlı hava şəraiti dekabrın 19-dək davam edəcək.
Ekologiya
17 Dekabr , 2022 12:50
Dumanlı hava şəraiti dekabrın 19-dək davam edəcək

Dumanlı hava şəraiti dekabrın 19-dək davam edəcək.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Report"a bildirib ki, hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur.

O qeyd edib ki, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir: “Bəzi bölgələrdə, o cümlədən Bakıda və Abşeron yarımadasında görünüş məsafəsi 200-600 metrədək məhdudlaşıb. Gecə və gündüz saatlarında müşahidə olunan temperatur fərqi az olduğundan, rütubətin yüksək olması, yerüstü təbəqə buludlarının mövcudluğu, mülayim və azsürətli küləklərin üstünlüyü yerə yaxın təbəqədə dumanın yaranmasına şərait yaradıb. Ölkə ərazisində dumanlı hava şəraiti dekabrın 19-dək, əsasən səhər və axşam saatlarında fasilələrlə davam edəcək. Dekabrın 20-də şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu da duman ehtimalını azaldır”.

Son xəbərlər

Orphus sistemi