DTX əməkdaşları ağacəkmə aksiyası keçiriblər

DTX əməkdaşları ağacəkmə aksiyası keçiriblər Ümumilikdə 400-ə qədər ağac əkilib
Ekologiya
17 Mart , 2018 20:59
DTX əməkdaşları ağacəkmə aksiyası keçiriblər

Bakı. 17 mart. REPORT.AZ/ Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları martın 17-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyi və Novruz bayramı ərəfəsində Bakı şəhərinin Bilgəh qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçiriblər.

“Report” xəbər verir ki, bir hektar yarım ərazidə şəhər şəraitində əkilib-becərilməsi həm dekorativlik, həm də ekoloji baxımdan məqbul hesab edilən şam, tuya, göyrüş və digər müxtəlif növ, ümumilikdə 400-ə qədər ağac əkilib.

DTX əməkdaşlarının tərəfindən ağcəkmə aksiyaları bundan sonra da davamlı şəkildə həyata keçiriləcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi