Dövlət Agentliyi: "Son vaxtlar şam ağacları xəstəlikdən quruyur"

Dövlət Agentliyi: "Son vaxtlar şam ağacları xəstəlikdən quruyur" "Son vaxtlar şam ağaclarının xəstəlikdən quruması faktları var. Bəzən Dövlət Agentliyə 500-dək qurumuş ağacın götürülməsi ilə bağlı müraciət daxil olur".
Ekologiya
22 Sentyabr , 2023 16:07
Dövlət Agentliyi: Son vaxtlar şam ağacları xəstəlikdən quruyur

"Son vaxtlar şam ağaclarının xəstəlikdən quruması faktları qeydə alınır. Bəzən Dövlət Agentliyinə 500-dək qurumuş ağacın götürülməsi ilə bağlı müraciət daxil olur".

"Report" xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov qurumda keçirilən ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, Dövlət Ekoloji Ekspertiza Agentliyinə 100-200, bəzən 500 qurumuş ağacın köçürülməsi, götürülməsinə rəy verilməsi ilə bağlı müraciət daxil olur: "Burada sual yaranır ki, bu qədər ağac niyə qurumalıdır? Bunun iki səbəbi var. Ya ağaclara vaxtında düzgün qulluq göstərilməyib, ya da təbii olaraq xəstəliklə əlaqədar quruyub. Əgər birinci səbəbdən danışırıqsa, sual ortaya çıxır ki, niyə bələdiyyələr ağaclara vaxtında qulluq etmirlər? Sonra da həmin ağacların köçürülməsi, götürülməsi ilə bağlı problem ortaya çıxır. İkinci səbəbə nümunə olaraq deyə bilərəm ki, son vaxtlar şam ağaclarına xəstəlik düşməsi nəticəsində onların quruması faktları var. Bu, sırf antropogen faktorlarla bağlı deyil, iqlim amilləri ilə əlaqədardır. Xəstəlik düşmüş ağacları götürməliyik ki, sağlam ağaclara sirayət etməsin".

Sədr qeyd edib ki, hər bir qurumun öz öhdəliyi var və öhdəliklər layiqincə yerinə yetirilməlidir: "Vaxtında qiymətləndirilmə aparılsa, kütləvi surətdə ağacların köçürülməsi, götürülməsi problemləri ilə üzləşmərik".

Son xəbərlər

Orphus sistemi