Deputat: "Dəniz qırağında fəaliyyət göstərən obyektlərin hamısında təmizləyici qurğular olmalıdır"

Deputat: "Dəniz qırağında fəaliyyət göstərən obyektlərin hamısında təmizləyici qurğular olmalıdır" “Xəzər dənizinin çirkləndirilməməsi çox vacib məsələdir”.
Ekologiya
2 Avqust , 2019 14:12
Deputat: Dəniz qırağında fəaliyyət göstərən obyektlərin hamısında təmizləyici qurğular olmalıdır

Xəzər dənizinin çirkləndirilməməsi çox vacib məsələdir”. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev bildirib.

Onun sözlərinə görə, dəniz qırağında fəaliyyət göstərən obyektlərin hamısında təmizləyəci qurğular olmalıdır: “Çünki bu gün həmin obyektlərdən dənizə çirkab sular axıdılır və nəticədə dəniz çirklənir. Həmin obyektlərə qarşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin başlatdığı tərdiblər alqışlanmalıdır. Dəniz sahillərində yerləşən və dənizi çirkləndirən bir çox obyektlərin ETSN tərəfindən məhkəməyə verilməsi doğru addımdır və bunu hamı dəstəkləməlidir". 

R.Əliyev qeyd edib ki, ictimai-iaşə obyekt işlədənlər üçün təmziləyici qurğunun quraşdırılması elə də çətin məsələ deyil: "Məhkəmələr də mütləq qərar verməlidirlər ki, həmin obyektlər təmizləyici qurğular quraşdırsın. Hesab edirəm ki, məhkəmələr, bələdiyyələr, yerli icra orqanları, deputatlar da bu məsələlərdə ETSN-yə kömək etməlidir. Əslində, bu məsələlərin həlli üçün bütün cəmiyyət nazirliyə kömək olmalıdır. Çünki çimərliklərdən hamı istifadə edir və dənizi qorumaq da hamımızın borcudur”.

Son xəbərlər

Orphus sistemi