Dekabrın 8-də ölkə ərazisində hava şəraiti əsasən yağmursuz olacaq

Dekabrın 8-də ölkə ərazisində hava şəraiti əsasən yağmursuz olacaq Bakıda gecə 3-5, gündüz 6-8 dərəcə isti olacağı proqnozlaşdırılır
Ekologiya
244
7 Dekabr , 2014 16:40
Dekabrın 8-də ölkə ərazisində hava şəraiti əsasən yağmursuz olacaq

Bakı. 7 dekabr. REPORT.AZ/ Dekabrın 8-dəpaytaxt Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutlacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

"Report" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 6-8, Bakıda gecə 3-5, gündüz 6-8 dərəcə isti olacağı proqnozlaşdırılır.

Bölgələrdə də hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Cənub rayonlarında dağlıq ərazilərdə sulu qar, qar yağacağı praqnozlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi