Yuxarı

Dekabr ayında Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb

Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var

Bakı. 30 noyabr. REPORT.AZ/ Dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, gələn ay aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.

Dekabrda Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 7-10 dərəcə isti (gecələr 6-11, bəzi günlərdə 0-3, gündüzlər 11-16, bəzi günlərdə 4-9 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-34 mm), bəzi yerlərdə isə çox olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 1-3 dərəcə isti (gecələr 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 10-15, bəzi günlərdə 0-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-35 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 1-4 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 10-15, bəzi günlərdə 0-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə çox (norma 27-30 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 3-8 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 11-16, bəzi günlərdə 3-8 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 13-32 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 2-6 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 2-7, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüzlər 10-15, bəzi günlərdə 2-6 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın və bəzi yerlərdə isə çox (norma 24-48 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 7-9 dərəcə isti (gecələr 4-9 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 12-17, bəzi günlərdə 5-10 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-32 mm), bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 4-9 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın, dağlarda 5-10 dərəcə şaxta, gündüzlər 11-16, bəzi günlərdə 3-8 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 45-106 mm) olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi