Yuxarı
    Bağlamaq

    Daşkəsəndə bələdiyyə sədri 3 min manat cərimələnib

    Faktla bağlı bələdiyyə sədri 3000 manat məbləğində cərimə edilib
    © Report

    Bakı. 22 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Daşkəsən rayonu, Xoşbulaq kənd sakini Elnarə Rəhimova tərəfindən kənd ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı daxil olan şikayət Nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində araşdırılıb.

    Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, əraziyə keçirilən baxış zamanı məişət tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, müxtəlif sahələrdə qalaqlandığı, daşınmadığı və bu səbəbdən ətrafa kəskin iyin yayıldığı müəyyən edilib.

    Faktla bağlı Xoşbulaq bələdiyyəsinin sədri R.Allahverdiyev barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində inzibati qaydada 3000 manat məbləğində cərimə edilib. Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması, gələcəkdə belə hallara yol verilməməsi üçün ona icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

    Eyni zamanda Xoşbulaq kəndi ərazisində tullantıların idarə olunmasında aşkar olunan pozuntuların aradan qaldırılması məqsədilə zəruri tədbirlərin görülməsi üçün Daşkəsən Rayon İcra Hakimiyyətinə müraciət olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi