Daşkəsəndə baş vermiş yanğın tam söndürülüb

Daşkəsəndə baş vermiş yanğın tam söndürülüb Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır
Ekologiya
31 Oktyabr , 2017 09:46
Daşkəsəndə baş vermiş yanğın tam söndürülüb
Eco.gov.az

Bakı. 31 oktyabr. REPORT.AZ/ Dünən axşam saatlarında Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyinin 1 saylı dolayının ərazisində baş vermiş yanğın səhər saat 8 radələrində tam söndürülüb.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verilib.

Onun sözlərinə görə, yanğının baş verdiyi ərazi yüksək dağlıq sahəni əhatə etdiyindən, eyni zamanda güclü küləklə müşayiət olunduğundan onun söndürülməsi bir qədər çətinliklər yaradıb: "Bütün bunlara baxmayaraq Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin nümayəndələrinin və yerli əhalinin ciddi səyləri nəticəsində yanğının söndürülməsinə nail olunub".

Qeyd edək ki, yanğın zamanı ərazidə quru ot örtüyü və xəzəl yanıb, ağaclara ziyan dəyməyib.

Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi