Cümə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Cümə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb Azərbaycan rayonlarında şimşək çaxacaq, qısa müddətli yağış yağacaq
Ekologiya
21 May , 2015 12:22
Cümə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 21 may. REPORT.AZ/ Həftənin cümə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, mayın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gecə 12-16, gündüz 21-26 dərəcə isti olacaq.

Mayın 22-də Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 27-31, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi