Çexiyada son 250 ilin ən isti yayı qeydə alınıb

Çexiyada son 250 ilin ən isti yayı qeydə alınıb Çexiyada son 250 ilin ən isti yayı qeydə alınıb.
Ekologiya
8 Sentyabr , 2024 20:52
Çexiyada son 250 ilin ən isti yayı qeydə alınıb

Çexiyada son 250 ilin ən isti yayı qeydə alınıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çexiya Radiosu Çexiya Hidrometeorologiya İnstitutuna istinadən məlumat yayıb.

Məlumata görə, ötən ay Praqada orta sutkalıq havanın temperaturu 23,5°C olub. Bu isə Praqada fəaliyyət göstərən ilk meteostansiyanın açılışından ötən 250 il ərzində avqustun orta hava temperaturundan 2,5°C yüksəkdir.

Mütəxəssislər deyir ki, qlobal istiləşmənin sürətlənməsi tendensiyası olduqca açıqdır. 1960-cı illərdən indiyədək havanın temperaturu hər 10 ildən bir orta hesabla 0,3°C artıb.

“Buna əsaslanaraq deyə bilərik ki, 2050-ci ildə biz keçən yayı ən sərin yaylardan biri kimi xatırlayacağıq”, - klimatoloqlar proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi