Lənkəranda 3 ördək vuran şəxs 1015 manat cərimələnib

Lənkəranda 3 ördək vuran şəxs 1015 manat cərimələnib Qanunsuz ov hallarının qarşısını almaq məqsədilə reydlər davam edir
Ekologiya
12 Dekabr , 2014 16:02
Lənkəranda 3 ördək vuran şəxs 1015 manat cərimələnib

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycan Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə ölkə ərazisində növbəti reydlər keçirilib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.

Keçirilən reyd zamanı Qaradağ rayonu ərazisində, Bakı-Ələt yolunun 29-cu kilometrliyində ov edən Bakı şəhər sakinləri Vahid Əliyev və Elçin Əsədullayev saxlanılıb, onlardan 2 ov tüfəngi və 16 patron götürülüb. Faktla bağlı təqsirkar şəxslər barəsində akt və protokol tərtib edilərək qanun pozucularının hər biri 1000 manat məbləğində cərimə olunub.

Şahdağ Milli Parkının ərazisində keçirilən reyd zamanı ov edən Quba rayonu Xaltan kənd sakinləri Məhəmməd İsgəndərov və Heybətağa Mikayılov saxlanılıb və onlardan 2 ov tüfəngi, 8 patron götürülüb. İnzibati xətaya yol vermiş şəxslər barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib olunaraq hər biri 1000 manat məbləğində cərimə edilib.

Sarısu Ovçuluq Təsərrüfatı ərazisində keçirilən reyd zamanı qanunsuz ov edən Lənkəran rayonu Türəkəran kənd sakini Ayaz Həsənov saxlanılaraq ondan 1 ov tüfəngi, 5 patron və 3 ördək götürülüb. Təqsirkar şəxs barəsində akt və protokol tərtib olunaraq 1015 manat məbləğində cərimə və iddia tətbiq edilib. 

Son xəbərlər

Orphus sistemi