Yuxarı

Cənubi Qafqaz və Mərkəzi Asiya təbii fəlakətlərin nəticələri ilə mübarizədə əməkdaşlığı möhkəmləndirəcək

1980-ci ildən 2010-cu ilə qədər olan dövrdə regionda 130 təbii fəlakət qeydə alınıb

Bakı. 11 fevral. REPORT.AZ/ Yazda böyük çayların daşması Mərkəzi Asiya və Cənubi Qafqazın iqtisadiyyatına böyük zərbə vurur. "Report" BMT Xəbərlər Mərkəzinə istinadən xəbər verir ki, həmin məsələ, eləcə də təbii fəlakətlərin qarşısının alınması ilə bağlı məsələ BMT-nin himayəsi altında Bişkekdə keçirilən Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri nazirlərinin görüşü zamanı müzakirə olunub. 

Görüşdə Azərbaycan, Ermənistan, Gürcüstan, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətləri iştirak edib. 

Görüş iştirakçıları təbii fəlakətlərin nəticələrinin yüngülləşdirilməsi və iqlimin dəyişməsi ilə bağlı yeni reallığa uyğunlaşma işində regional əməkdaşlığı möhkəmləndirmək, 2015-ci ildən sonrakı dövrdə fəlakət risklərinin azaldılması üzrə gələcək çərçivə proqramının həyata keçirilməsi işində birgə işi yerinə yetirmək haqqında razılığa gəliblər. 

Görüşdə qeyd olunub ki, Mərkəzi Asiya və Qafqaz zəlzələ, torpaq sürüşməsi, qar uçqunları, sellər, quraqlıq və ekstremal temperaturlar kimi təbii və texnogen fəlakətlərə meyillidir. Bu fəlakətlər böyük sayda insan və maliyyə itkilərinə gətirib çıxarır. 

1980-ci ildən 2010-cu ilə qədər olan dövrdə regionda 130 təbii fəlakət qeydə alınıb ki, onlar ümumilikdə 14 milyon insana təsir edib və 3,8 mlrd. ABŞ dolları həcmində iqtisadi itkilərə gətirib çıxarıb. 

Regional görüş bu ilin mart ayında Yaponiyada keçiriləcək fəlakətlərin təhlükəsizliyinin azaldılması üzrə III Dünya Konfransından 40 gün əvvəl baş tutub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi