Cəlilabadda su kanalının ətrafı tullantılardan təmizlənib

Cəlilabadda su kanalının ətrafı tullantılardan təmizlənib Cəlilabadda su kanalının ətrafı tullantılardan təmizlənib.
Ekologiya
17 Yanvar , 2022 10:40
Cəlilabadda su kanalının ətrafı tullantılardan təmizlənib
0 : 00
0 : 00

Cəlilabadda su kanalının ətrafı tullantılardan təmizlənib.

"Report" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Cəlilabad rayonu Ocaqlı kəndi yaxınlığındakı su kanalının ətrafına tullantıların atılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, şikayətçinin iştirakı ilə Cəlilabad rayonu Qarazəncir bələdiyyəsi tərəfindən sözügedən ərazi tullantılardan təmizlənib: “Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə bələdiyyəyə məcburi göstəriş verilib”.

Son xəbərlər

Orphus sistemi