Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş, Cəlilabad Rayon İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Cəlilabad-Yardımlı avtomobil yolunun Şiləvəngə və Abışabad kəndlərindən keçən 3 km-lik hissəsində ağacəkmə aksiyası keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, aksiyada rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-təşkilat əməkdaşları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib.
Aksiya çərçivəsində 2 000 ədəd ağac əkilib və ağaclara lazımi aqrotexniki qulluq göstərilib.


