Bakı. 31 iyul. REPORT.AZ/ Dünən Cəlilabad meşəbəyliyinin 8 saylı dolayında baş verən yanğın
Məlumata əsasən, yanğın nəticəsində 1,5 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib. Hazırda yanğının səbəbləri və dəyən ziyanın müəyyən olunması istiqamətində iş aparılır.
Xatırladaq ki, ilkin ehtimala görə, yanğının baş verməsinə səbəb avtomobildən atılan siqaret kötüyü olub.
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, taxıl məhsullarının biçini zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırır", - ETSN-dən bildirilib.